Ermənilər hərbçilərin Suriyaya göndərilməsinə etiraz edir
4 Oktyabr 2018 13:08 DünyaYerevanda növbəti etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Ermənistanın Suriyada humanitar missiyasında iştirakına etiraz ediblər.
Onlar hesab edirlər ki, Ermənistanın bu missiyada iştirakı Rusiya və şəxsən Vladimir Putin tərəfindən edilən təzyiqlərin nəticəsidir.
Qeyd edək ki, Ermənistan Suriyada humanitar missiyasına həkimləri və minaaxtaranları göndərəcək. Onlar əsasən Suriyanın ermənilər kompakt yaşadığı rayonlarında fəaliyyət göstərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31