Tereza Mey yenə rəqs etdi, yenə güldürdü - VİDEO

Britaniya baş naziri Tereza Meyin Mühafizəkarlar Partiyasının qurultayında rəqs etməsi sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

"Twitter" istifadəçiləri baş nazirin ABBA qrupunun mahnısının sədaları altında rəqsini biabırçılıq adlandırıblar.

Bəziləri Tereza Meyi dəlisov yel dəyirmanına, bəziləri isə Mister Binin qadın versiyasına bənzədiblər. 

İstifadəçilər Meyin bu cür davranışını baş nazir səviyyəsinə uyğun olmadığını bildiriblər. Elələri də olub ki, onun hərəkətində qeyri-insani əlamətlər görüblər.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31