"Hyundai" 28 mindən çox avtomobili geri çağırıb
4 Oktyabr 2018 12:50 Dünya"Hyundai" şirkəti Rusiyada 28 mindən çox avtomobili geri çağırıb.
Bu qərar avtomobillərin yanacaq şlanqında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ilin noyabrınadək satılmış "Creta" modellərinə şamil edilir.
Bildirilir ki, bu maşınlarda təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31