"Tesla"nın sahibi həbs edilə bilər
28 Sentyabr 2018 15:14 DünyaElektrikli avtomobil istehsalçısı "Tesla"nın sahibi İlon Mask dəyərli kağızlar üzrə dələduzluqda günahlandırılır.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Daşınan əmlak və Birja Komissiyası Maskın "Tesla" səhmlərini geri toplamaq və birjadan çəkmək üçün maliyyə mənbəyi tapdığına dair açıqlamasının yanlış olduğunu söyləyib.
Komissiya Maskın "Tesla"da idarəçilik etməsinin qadağan edilməsini tələb edib.
İlon Mask üzərinə atılan ittihamlar barədə haqqında qaldırılan cinayət işinin ədalətli olmadığını bildirib. Sahibkar hər zaman doğrunun, şəffaflığın və investorların yaxşılığı üçün hərəkət etdiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31