Moldovada Prezident üsul-idarəsi ləğv oluna bilər

"Moldovada tamamilə parlament idarəçiliyinə keçib Prezident üsul-idarəsini ləğv etmək məsələsi müzakirə edilməlidir".

Bunu əvvəllər dövlət başçısının səlahiyyətlərini bir neçə dəfə icra etmiş parlament sədri Andrian Kandu bildirib.

O, "Moldova-1" televiziyasının efirində deyib: "Ola bilsin, parlament Prezidentin səlahiyyətlərini daha da məhdudlaşdırmağa səs verəcək. Bəlkə də bütövlüklə ölkənin parlament idarəçiliyinə keçməsi üçün Konstitusiya islahatı keçirilməlidir".

Spiker Prezident üsul-idarəsini ləğv etməklə dövlətin xeyli vəsaitə qənaət edəcəyini dilə gətirib.

A.Kandu hazırda ölkədə əsas söz sahibinin prezident yox, baş nazir olduğunu xatırladıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31