Səudiyyə Ərəbistanı qiymətlərin sabitləşməsi üçün neft hasilatını artırmağa davam edəcək
28 Sentyabr 2018 13:30 DünyaSəudiyyə Ərəbistanı yüksək tələbat şəraitində qiymətləri sabitləşdirmək üçün neft istehsalını artırmağı davam edəcək.
Bu barədə krallığın xarici işlər naziri Adel əl Cubeyr CNN telekanalına müsahibəsində deyib.
"Səudiyyə Ərəbistanı neft bazarını balanslaşdırmaq prosesinə sadiqdir və qiymətlərin alıcılara, ixracatçılara zərər verməyən səviyyədə saxlanılmasına əmin olmaq istəyir ", - XİN başçısı bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31