Belçika Müdafiə Nazirliyi "Google"u məhkəməyə verməyə hazırlaşır

Belçika Müdafiə Nazirliyi "Google"u məhkəməyə verməyə hazırlaşır.

Buna səbəb şirkətdən "Google Maps" servisindəki xəritələrdə göstərilən bəzi hərbi və strateji obyektləri retuşlamaqdan boyun qaçırmasıdır.  

Qeyd edək ki, Belçika tərəfi ölkə Hərbi Hava Qüvvələrinin Limburq əyalətində və Arden dağlarında yerləşən bazaları, habelə nüvə elektrik stansiyaları, Antverpen limanındakı neft terminalları çox aydın göstərildiyi üçün "Google"dan onları retuşlamağı xahiş etmişdi.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31