Kreml söz verdi: "Ukraynaya qarşı..."
28 Sentyabr 2018 12:38 DünyaSöz verirəm ki, Ukraynanın tətbiq etdiyi sanksiyalarla bağlı qarşılıqlı tədbirlər görəcəyik.
Bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Hazırda mən sizə hansı qərarların verilməsi ilə bağlı dəqiq məlumat verə bilmərəm. Lakin əmin olun ki, biz qarşılıq prinsipindən çıxış edəcəyik. Eyni zamanda öz maraqlarımızı da təmin edəcəyik", - Peskov bildirib.
Qeyd edək ki, Ukrayna rəhbərliyi qondarma Donetsk və Luqansk respublikaları ilə əlaqələrindən dolayı Rusiyanın bir neçə şirkətinə sanksiya tətbiq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31