Çexiyada "Fabien" tufanı 140 min nəfəri işıqsız qoydu

Çexiyada "Fabien" tufanı nəticəsində 60 min ailə işıqsız qalıb.

Qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər gecə saatlarından davam edir.

Tufan nəticəsində 140 min istehlakçı elektrik enerjisiz qalıb, onların böyük hissəsi artıq şəbəkəyə qoşulub. Təqribən 60 min ailə hələ də işıqsızdır.

"Fabien" qatarların gecikməsinə də səbəb olub. Bundan başqa, ağacların yola aşması nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31