Abramoviçi öz çəkdiyi rəsmlə döydülər

Məşhur serb rəssam Marina Abramoviç öz sərgisində döyüldü.

Florensiya şəhərində "Plazzo Strozzi" muzeyində sərgi zamanı iştirakçılardan biri rəssamı çəkdiyi portretlə döyməyə başlayıb.

51 yaşlı Çexiya vətəndaşını polis həbs edib.

İnsident Marinanın sərgini tərk etmək istədiyi zaman baş verib. Avtoqraf veridiyi zaman bir kişi ona yaxınlaşıb. Öncə heç bir təhlükə hiss etməyən rəssam daha sonra həmin kişi tərəfindən döyülməyə başlayıb:

"Birdən o, məni portretlə vurdu. Şəkil cırıldı və mən çərçivənin arasında qaldım. Hər şey çox tez baş verdi"

Florensiya polisi faktla bağlı araşdırma aparır.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31