"Ermənistan 90-cı illərə qayıdır, partiyalar çökür" - İsgəndəryan

İrəvan Şəhər Şurasına keçirilən seçki sayəsində Paşinyan özünün inqilabdan sonrakı reytinqini rəsmiləşdirdi.

Bunu "SputnikErmənistan"a açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan deyib.

"Ayk Marutyanın yerinə mer vəzifəsinə namizədliyini kim irəli sürsəydi, qələbə qazanacaqdı. Bu seçki həmçinin Ermənistanın partiya sistemində kollapsın olduğunu göstərdi. İnsanlar partiya yerinə şəxsiyyətə səs verdilər. Ermənistan artıq 90-cı illərin əvvəlinə qayıdıb. Ona görə də partiya sistemi yenidən yaradılmalıdır.

İndiki halda Paşinyanın dərhal növbədənkənar seçki çağırmaq haqqında açıqlamaları tamamilə rasionaldır. Çünki növbədənkənar seçkinin keçirilməsini təxirə salmaq Paşinyan üçün böyük səhv olardı", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31