Putinlə Əsəd arasında yeni razılıq əldə olundu
24 Sentyabr 2018 16:14 DünyaRusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Bəşər Əsəd arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
Telefon danışığı zamanı Bəşər Əsəd növbəti dəfə İl-20 təyyarəsinin vurulması nəticəsində rus hərbçilərin ölümü ilə bağlı rus həmkarına başsağlığı verib. Öz növbəsində Vladimir Putin həmkarına Suriyaya müasir S-300 zenit raket komplekslərinin satışı barədə informasiya verib.
Liderlər Suriyadakı vəziyyətin uzunmüddətli həllinə nail olmaq üçün birgə səylərin və əlaqələrin davam etdirilməsi ilə bağlı ortaq mövqe nümayiş etdiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31