Ukrayna kəşfiyyatı Jirinovskini Kiyevə çağırdı

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskini sorğuya çağırıb.

Bu barədə məlumatı Ukrayna hökumətinin rəsmi qəzeti olan "Uryadovıy Kuryer" yayıb. Jirinovskinin 27 sentyabr 09:00-da Kiyevdə olması istənilib.

Mətbuat Jirinovskiyə qarşı ittihamın Ukrayna Təhlükəsizlik Xidmətində elan ediləcəyini bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Kiyevdə Jirinovskinin Donetsk və Luqansk "xalq respublikaları"na dəstək verməsiylə bağlı təhqiqat başladılıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31