İranın müdafiə naziri: "Əhvazdakı terror siyasi kursumuzu dəyişdirə bilməz"

Əhvazda baş vermiş terror aktı İranıın siyasi kursunu dəyişdirə bilməz. Bu fikiri İranın müdafiə naziri Əmir Hatəmi səsləndirib.

Nazir bildirib: "Bu axmaq və insanlığa sığmayan addım Tehranı siyasi kursundan döndərə bilməz".

Ə.Hatəmi əlavə edib ki, terrorçuları İran tərəfindən amansız intiqam gözləyir.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31