Türk Dünyası Uşaq Vəqfinin açılışı olub

Sentyabrın 22-də İstanbulda TDÇV (Türk Dünyası Çocug Vakfı) Türk Dünyası Uşaq Vəqfinin açılışı olub.

Sentyabrın 22-də İstanbulda TDÇV (Türk Dünyası Çocug Vakfı) Türk Dünyası Uşaq Vəqfinin açılışı olub.

Açılışda vəqfin sədri professor İlyas Topsakal Mərkəz Valisi Güngör Azım Tuna , Uşaq Oyunları Federasiyasının sədri Mehmet Mutlu çıxış ediblər. Çıxış edənlər vəqfin qurulma tarixi və gələcəkdəki fəaliyyətlərilə əlaqədar danışıblar. Türk Dünyası Uşaq Vəqfi   gələcəyimiz olan balalarımızı qorumaq, inkişaf etdirmək, sevgi elm və irfan ilə yetişdirərək elm və sənətdə ən yüksək səviyəyə gətirməkdir. Əsas məqsədlərdən biri də türk dünyasının uşaqları bir yerə gətirərək qardaşlıq bağlarını gücləndirmək olacaqdır. Türk xalqlarının  övladlarını ortaq dəyərlərlə tərbiyə edərək onların biri-birilə əlaqələrini gücləndirməkdir. Uşaqları bir çox elmi mədəni platformalarda birləşdirərək ortaq gələcəyimizi ən yüksək şəkildə hazırlamaq olacaqdır.

Xəbəri "Olaylar" Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31