50 il həbs cəzası alan şəxs it sayəsində xilas oldu
12 Sentyabr 2018 10:20 DünyaABŞ-da azyaşlını cinsi istismar etdiyi iddiası ilə 50 il həbs cəzası alan şəxs it sayəsində azadlığa buraxılıb.
Olaylar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, zərərçəkmiş məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxsin onu itini öldürməklə hədələdiyini və şikayət ərizəsində də iti Lusini öldürdüyünü bildirib.
Hökmdən 6 ay sonra təqsirləndirilən şəxs sözügedən ittihamın araşdırılması üçün Oreqon Təqsirsizlik Layihəsinə müraciət edib.
Layihənin apardığı axtarışlar nəticəsində öldürüldüyü deyilən it tapılıb.
Bununla da şikayətçinin iddiasının yalan olduğu üzə çıxıb.
Hakim cinayət işinə xitam verib və təqsirləndirilən Coşua Horner azadlığa buraxılıb və məhkəmə zalından həyat yoldaşının əlini tutaraq gülümsəyərək oradan uzaqlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31