"Paşinyan stilisti qovub, psixoloq gətirsin... " - Aşotyan

Paşinyan stilisti baş nazirin köməkçisi vəzifəsindən uzaqlaşdırmalı və onun yerinə psixoloq təyin etməlidir.

Bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

"Stilisti hökumətdə baş nazirin köməkçisi vəzifəsindən qovun və psixoloqu işə götürün. Bu, Ermənistan üçün daha xeyirli olacar", - Aşotyan bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın və həyat yoldaşı Anna Akopyanın saç ustası Sofya Navasardyan hökumət başçısının köməkçisi təyin edilib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31