ABŞ Tiflisdə gürcülər üzərində məxfi eksperiment aparıb

ABŞ Gürcüstan ərazisindəki laboratoriyalarda insanlar üzərində məxfi eksperimentlər keçirib. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Dövlət Təhlükəsizliyi Nazirliyinin keçmiş rəhbəri İqor Giorqadze deyib.

ABŞ Gürcüstan ərazisindəki laboratoriyalarda insanlar üzərində məxfi eksperimentlər keçirib.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Dövlət Təhlükəsizliyi Nazirliyinin keçmiş rəhbəri İqor Giorqadze deyib.

"Gürcüstandakı dostlarım tərəfindən mənə verilən sənədlərin bir hissəsini tədqiq edəndə aydın olur ki, Luqara laboratoriyasında ABŞ-ın hərbi-tibbi qrupunun bioloqları Gürcüstan əhalisi üzərində məxfi eksperimentlər keçirmək üçün bütün imkanlara sahib olublar. Böyük ehtimalla onlar məhz burada eksperimentləri reallaşdırıblar. Bir sıra eksperimentlər mənim ölkəmin vətəndaşları üçün ölümcül nəticələnib", - deyə o bildirib.

Qeyd edək ki, Riçard Luqara adına tədqiqat mərkəzi 2011-ci ildə Tiflis yaxınlığında açılıb. Bu mərkəz ABŞ hökumətinin proqramı əsasında yaradılıb. Mərkəz bioloji təhdidlərin tədqiqatı ilə məşğuldur.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31