Moskva aeroportunda 20 ilan gətirən sərnişin saxlanılıb
11 Sentyabr 2018 15:46 DünyaMoskvada Şeremetyevo hava limanının əməkdaşları ölkəyə gələn turistdən 20 ilan müsadirə edib.
Həmin şəxs ilanları Almaniyada keçirilən sərgi zamanı əldə etdiyini bildirib. Bununla belə, ilanların daşınmasına icazə verən sənəd təqdim olunmayıb.
İlanlar sərnişinin əl yükündə olub. Həmin ilanlar gömrük əməkdaşları tərəfindən müsadirə olunaraq vəhşi heyvanların reabilitasiya mərkəzinə təhvil verilib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31