ABŞ dəhşətli Florens qasırğasına hazırlaşır: 1 milyon insan təxliyə edilir - FOTO
11 Sentyabr 2018 15:28 DünyaABŞ-ın şərq sahillərində onlarla il formalaşan, ən böyük qasırğaya çevrilmə ehtimalı olan Florens qasırğasına qarşı hazırlıq görürlər.
Olaylar.az xəbər verir ki, hazırlıqlar çərçivəsində Cənubi Karolina ştatının sahil ərazilərində yaşayan 1 milyon nəfərin evakuasiya olunması qərarı verilib. 4-cü səviyyəyə çatmış Florens qasırğası sahilə yaxınlaşdıqca daha da güclənəcək (4-cü səviyyədə qasırğaların sürəti saatda 200 km-ə çata bilir).
Ekspertlərin proqnozu reallaşarsa, Florens 1989-cu ildə Şimali Karolina ştatını vuran Huqo qasırğasından sonra regionda ən güclü qasırğa olacaq.
ABŞ Dövlət Qasırğa Mərkəzi Florensi həddən artıq təhlükəli atmosfer hadisəsi kimi xarakterizə edib. Qasırğanın cümə axşamı ABŞ sahillərinə çatması və ən azı bir gün ərzində eyni regionda qalması gözlənilir.
Cənubi Karolina sabah günortadan etibarən 1 milyon nəfərin evakuasiyasına başlayacağını bəyan edib. Rəsmilər ştatın fırtınanın düz gözündə olması barədə xəbərdarlıq edib. Qasırğa təlaşı supermarketlərdə uzun növbələrə səbəb olub. Su, batareya və pəncərələri bağlamaq üçün taxta reykalar tez vaxtda satılıb qurtarıb.
Kənd təsərrüfatı məhsullarının daşınması qaydalarında isə müvəqqəti dəyişiklik ediləcək. Məhsul yığmış fermerlər məhsullarının qasırğa başlamadan əvvəl regiondan çıxara biləcəklər.
Dünyanın ən böyük donanma bazası olan Norflok bazasındakı hərbi gəmilər isə limanda qasırğaya tuş gəlməmək üçün dənizə göndəriləcəklər. Sel təhlükəsi ehtimalına görə, avtomobilləri qarajda saxlamamaq barədə xəbərdarlıq olunub.