Rusiyadan Suriya üçün qiyamət ssenarisi: “Kimyəvi hücum gözlənilir”

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yeni açıqlama verib.

Diplomatın açıqlamasına əsasən, Suriyada terrorçular tərəfindən kimyəvi hücum həyata keçirilə bilər. Bu hücumdan sonra isə Dəməşqi günahlandıraraq hücuma keçə bilərlər.

"Türkiyə də Rusiya kimi ciddi milli maraqları olan ölkədir. Mövqelərimiz 100 faiz uyğun olmasa da, bu normaldır. Siyasi, diplomatik və hərbi əməkdaşlıq var", - deyə Ryabkov bildirib.

Bundan başqa nazir müavini xəbərdarlıq edib ki, Suriyada terrorçular tərəfindən kimyəvi hücum təxribatı həyata keçirilə bilər. Sonra isə bu məsələdə rəsmi Dəməşq günahlandırılacaq və yeni hücumlar başlayacaq.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31