Çexiyanın Baş naziri: "Avropa İttifaqından çıxmaq bizim üçün fəlakətə çevrilər"
11 Sentyabr 2018 14:54 DünyaÇexiyanın Baş naziri Andrey Babiş Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib: "Bizə güclü Avropa lazımdır; Çexiyanın Avropa İttifaqından çıxması fəlakət olardı".
Çexiya hökuməti başçısının sözlərinə görə, Avropa sülhü qoruyub saxlamağa imkan verən gözəl layihədir. "Brexit" pisdir və bənzər hadisənin təkrarlanmaması üçün Aİ ölkələri birlikdə səy göstərməlidir.
Andrey Babiş, həmçinin məlumat verib ki, Çexiya avroya keçmək istəmir. Belə ki, əvvəlcə avrozonada islahatlar aparılması zəruridir. Miqrasiya məsələsinə toxunan siyasətçi qeyd edib ki, "2019-cu ildə Avropa Parlamentinə seçkilər "sakit çoxluğun" miqrasiya haqında nə fikirləşdiyini göstərəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31