Ağ ev “The Washington Post” qəzetinin jurnalistini məhkəməyə verə bilər

Ağ ev Donald Tramp administrasiyasına qara yaxan "Qorxu. Tramp Ağ evdə" kitabına görə "The Washington Post" qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvordu məhkəməyə verəcəyini istisna etməyib.

Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Vudvordun sentyabrın 11-də satışa çıxarılacaq kitabında administrasiya nümayəndələrinin sitatlarının dərc olunması məhkəmə işinə əsas ola bilər. Çünki prezident aparatının əməkdaşları kitabda yer alan ifadələri işlətmədiklərini bildiriblər. Sanders bunu "məsuliyyətsiz yaradıcılıq" adlandırıb. O, əsasən də kitabda adları çəkilən ABŞ-ın müdafiə naziri Ceyms Mettisin, Ağ ev aparatının rəhbəri Con Kellinin və prezidentin sabiq vəkili Con Daudun onlara aid edilən sitatları qətiyyətlə rədd etdiklərini deyib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31