İsveç: "Rusiyanın layihəsinin qarşısını ala bilmərik"
11 Sentyabr 2018 14:43 Dünyaİsveç Rusiyanın "Şimal axını 2" layihəsinin gerçəkləşdirməsinin qarşısını ala bilməz.
Bunu jurnalistlərə açıqlamasında İsveçin Rusiyadakı səfiri Peter Erikson deyib.
"Bu layihə üçün lazım olan razılığın hamısını İsveç verib. Əgər qaz kəməri bizim ərazi sularımıza aid deyilsə, o zaman bu layihənin gerçəkləşdirilməsinin qarşısını almaq mümkün deyil. İsveç artıq özünün iqtisadi zonasında yerləşən beynəlxalq sularda qaz kəmərinin çəkilişi ilə bağlı qərarını ləğv edə bilməz", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31