Hindistanda zəvvarların olduğu avtobus dərəyə düşdü - 32 ölü

Hindistanın cənubundakı Telinqana ştatında zəvvarların olduğu avtobus dərəyə düşüb.

Hadisə nəticəsində azı 32 nəfər həlak olub.

Qeyd olunur ki, yerli məbədlərdən birinə zəvvarları aparan avtobusda 62 nəfər olub.

Sürücü idaretməni itirdikdən sonra avtobus dərəyə yuvarlanıb.

Hazırda hadisə yerində digər 30 nəfərin axtarışları aparılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31