Ermənistanın yeni səhiyyə naziri öz adamlarını müşavir təyin edir

Ermənistanın səhiyyə naziri Arsen Torosyan qohumlarını və yaxın adamlarını özünə müşavir təyin edir.

Bu məlumatı "Joxovurd" yayıb.

"Sentyabrın 9-da o bildirib ki, bundan sonra Səhiyyə Nazirliyi Baş Mütəxəssislər İnstitutuna təyinatlar etməyəcək. Nazir bunu keçmiş sovet dövründən qalma ənənə adlandırıb. Arsen Torosyan vurğulayıb ki, həkim-mütəxəssislərin təsnifatı nazirin əmri əsasında deyil, əksinə, onun təhsili, iş təcrübəsi və başqa xüsusiyyətləinə görə müəyyən ediləcək.

Ancaq bu çıxışı ilə nazir özü-özünü təkib edir. Nazir həkimlər "institutunu" qəbul etmir. Arsen Torosyan "baş mütəxəssis" terminini "müşavir"lə əvəz edərək, yeni təyinatlar barədə əmr verir".

Qeyd edək ki, onun qərarları peşəkar dairələrdə müzakirə olunmayıb. Nazir heç bir xəbərdarlıq etmədən bir gecədə 40-dan çox tanınmış həkimi tutduğu vəzifədən azad edib. Erməni saytı yazır ki, nazir həmin vəzifələrə yaxınlarını təyin edib.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan bu il mayın 12-də Arsen Torosyanı səhiyyə naziri təyin edib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31