Yapon şahzadəsindən Türkiyəyə maraqlı jest
11 Sentyabr 2018 13:40 DünyaTürkiyədə səfərdə olan Yaponiya şahzadəsi Akiko Mikasan maraqlı addımı ilə medianın gündəminə düşüb.
Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Mikasan xüsusi jest edib.
Belə ki, nazirlə toplantıya qatılan şahzadə dırnaqlarına Türkiyə və Yaponya bayraqlarını çəkdirib. Onun bu addımı xoş qarşılanıb.
Media nümayəndələri şahzadənin ay-ulduzlu əllərini çəkdikdən sonra görüş qapalı keçirilib.
"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31