ABŞ-da bir milyondan çox sakin təxliyyə olunur

ABŞ-n cənub-şərqindəki Virciniya, Şimali Karolina, Cənubi Karolina ştatlarında bir milyondan çox sakin təcili təxliyyə olunmalıdır.

Səbəb bölgəyə yaxınlaşan Florens qasırğasıdır. Belə ki, bölgədə dövlət müəssisə və idarələri, məktəblər, xəstəxanalar müvəqqəti olaraq bağlanır, Milli Qvardiya bölmələri hazırlıq vəziyyətinə gətirilib. Fövqəladə hazırlıqlar Mərilənd ştatında da həyata keçirilir. 

Bölgənin yanacaq doldurma məntəqələrində uzun növbələr müşahidə olunur.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31