Vladimir Putinin mükafatı bir ildən sonra Ermənistanın keçmiş polis rəisinə verilib

Ermənistanın keçmi polis rəisi Vladimir Qasparyan Rusiya Prezidenti Vladimir Putinin 2017-ci ildə verdiyi mükafatı bu il sentyabrın 10-da alıb.

Vladimir Putin həmin il MDB Dövlət Başçıları Şurasının sədri kimi onu bu mükafatla təltif edib.

Qərar Şura üzvləri tərəfindən qəbul olunub. 

"MDB-nin inkişafı və güclənməsi istiqamətində fəaliyyətinə görə Vladimir Sergeyeviç Qasparyan bu mükafata layiq görülür", - fərmanda bildirilir.

Qeyd edək ki, V.Qasparyana qarşı cinayət işi başlanıb. O, dələduzluq və səlahiyyət həddini aşma maddələri üzrə ittiham olunur. Bundan başqa, 2015-ci ildə Ermənistanda elektrik enerjisi qiymətlərinin qaldırılmasına qarşı keçirilən etiraz aksiyasının dağıdılması ilə bağlı başlanılan cinayət işində də onun adı hallanır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31