Kürdlər Xəcinə hücuma başladı
11 Sentyabr 2018 12:36 DünyaYPG-yə bağlı Demokratik Suriya Qüvvələri İŞİD-in əlində olan Fərat çayının şərqində yerləşən Xəcin qəsəbəsinə əməliyyat başladıb.
Deyr əz-Zor şəhərindən 29 kilometr aralıda yerləşən Xəcinə kürd qüvvələri 3-cü dəfə hücum edir. Belə ki, bundan əvvəlki əməliyyatlarda DSQ heç bir uğur qazana bilməyib.
ABŞ-ın koalisiya qüvvələrinin tərkibində havadan DSQ-ya dəstək verdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31