Rusiya BMT-dən tələb etdi: Moskva vaxtı ilə 18:00-da...

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi Tehrandakı tarixi sammitdən sonra qurumda fövqəladə toplantı keçirilməsini tələb edib.

Nümayəndəlik bu toplantının Moskva vaxtı ilə 18:00-da keçiriləcəyini istisna etməyib.

Bildirilib ki, rusiyalı diplomatlar bununla beynəlxalq ictimaiyyətin diqqətinin daha çox İdlibdə cəmləşməsini hədəfləyir.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə Tehranda Suriyadakı durum, xüsusilə İdlibdəki son vəziyyətlə bağlı sammit keçirilmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31