Qara siyahıdakı Koks Qarabağa gəldi

Britaniya Lordlar Palatasının üzvü Kerolayn Koksun rəhbərlik etdiyi nümayəndə heyəti yenidən Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə səfər edib.

O, Xankəndidə separatçıların "xarici işlər naziri" Masis Mailyanla görüşüb. Səfər zamanı Mailyan Koksu xüsusi medalla da təltif edib.

Qeyd edək ki, Koks bundan öncə də dəfələrlə qanunsuz olaraq Qarabağa səfər edib. O, Azərbaycan XİN-in qara siyahısındadır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31