İran uranı yenidən zənginləşdirir
11 Sentyabr 2018 11:32 Dünyaİran uranın zənginləşdirilməsi üçün yeni sentrofuq istehsal edən müəssisə açıb.
Bunu İranın Atom Energetikası Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
O, yeni müəssisənin çox yaxşı təchiz edildiyini bildirib. Salehi həmçinin yeni müəssisənin gücü barədə detalları açıqlamaqdan imtina edib.
Qeyd edək ki, bundan öncə İranın Atom Energetikası Agentliyi uranın zənginləşdirilməsi gücünün artırılmasına başlayacağını açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31