Ərdoğan İdlibə hücumun təhlükəli olduğunu bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın İdlib şəhərinə hücum Türkiyə üçün humanitar riskdir.

Dövlət başçısı qeyd edib ki, İdlibə hücum həmçinin regionda təhlükəsizliyə mənfi təsir göstərə bilər.

Bundan əlavə, Ərdoğan beynəlxalq ictimaiyyəti Suriya müxalifətinin son mərkəzi olan İdliblə bağlı tədbirlər görməyə çağırıb. Prezident qeyd edib ki, əks təqdirdə bütün dünya buna görə cavab verməli olacaq.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31