Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb
11 Sentyabr 2018 11:02 DünyaABŞ Prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-dən sonra ölkə üzrə elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.
Bu barədə ABŞ-ın lideri bildirib.
Onun sözlərinə görə, ölkədə terror təhlükəsi qalır və bu səbəbdən 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadır.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi "göydələn binalara" və Vaşinqton ətrafında yerləşən Pentaqonun çırpıblar. Onlardan biri isə ABŞ paytaxtına çatmadan Pensilvaniya ştatında qəzaya uğrayıb. Terror nəticəsində 2977 nəfər ölüb, 6300-ə yaxın insan yaralanıb.
sputnik
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31