Almaniya ABŞ-la Suriya savaşına qoşulur

Almaniya Müdafiə Nazirliyi özünün "Tornado" təyyarələrinin Əsəd rejiminə qarşı istifadəsi imkanlarını öyrənir.

Bu barədə məlumatı "Bild" qəzeti yayıb. Məlumata görə, nazirliyə bu barədə əmr birbaşa Müdafiə naziri Ursula fon der Lyayen tərəfindən verilib.

Qeyd edək ki, Suriyanın hökumət qüvvələri bundan öncə İdlibdə əməliyyatlara başlayacaqlarını bildiriblər. ABŞ, Fransa və Britaniya İdlibdə kimyəvi silah tətbiq olunacağı təqdirdə Əsəd qüvvələrini vuracağını bəyan edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31