Neft korporasiyasında partlayış olub

Liviyanın paytaxtı Tripolidə güclü partlayış baş verib.

Partlayış Milli Neft Korporasiyasının ofisində qeydə alınıb. Məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Daha öncə Korporasiyanın ofisinə maskalı şəxslərin hücum etdiyi xəbər verilmişdi. İçəridə olan terrorçulardan birinin özünü partlatdığı bildirilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31