Kim Çen In Rusiyadan kömək istəyib
10 Sentyabr 2018 16:36 DünyaŞimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsində Rusiyanın dəstəyinə ümid edir.
Bu barədə Pxenyana səfər edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Kim Çen In ABŞ ilə Şimali Koreyanın artıq Sinqapur danışıqlarından sonra üzərlərinə götürdükləri öhdəliklər çərçivəsində etdikləri ilə əlaqədar Rusiyanın da Şimali Koreyaya qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsində səylər göstərəcəyinə çox ümid edir", - V.Matviyenko deyib .
Onun sözlərinə görə, söhbət zamanı Şimali Koreya lideri ABŞ prezidenti Donald Tramp haqqında xoş sözlər deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31