Sakit okeana nəhəng plastik təmizləyən qurğu buraxıldı

8 sentyabrda ABŞ-ın Los Anceles şəhərindən okeana 610 metrlik nəhəng təmizləyici boruya sahib gəmi buraxılıb.

Böyük panelə sahib qurğu plastik zibilləri toplayacaq. Proses zamanı plastik tullantılar panelə avtomatik olaraq daxil olacaq və təmizləmə prosesi asanlaşacaq. Qurğu 350 milyon ton zibilin olduğu Sakit Okean Zibillik Bölgəsində işləyəcək. Növbəti 5 il ərzində ərazi tullantılarının 50%-i, 2040-cı ilə qədər isə 90%-inin təmizlənməsi gözlənilir. Nəticədə məhv olmaq təhlükəsi ilə üz-üzə olan dəniz canlılarının həyatı xilas olacaq.

Qeyd edək ki, milyonlarla ton plastik tullantı ilə zibillənmiş okeanlarda vəziyyət günbəgün pisləşir. Kiçik hissələrə parçalanan plastik əşyalar təmizlik prosesini çətinləşdirir və canlılar üçün daha böyük təhlükəyə çevrilir. 

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31