İspaniyada gürcü “vorzakon” saxlanılıb - Şakiranın evini soyub
10 Sentyabr 2018 15:47 Dünyaİspaniya polisi "Qoqita" ləqəbli "qanuni oğru" Qoça Maysurzadəni saxlayıb. O, İspaniyada bir neçə evdən oğurluq etməkdə ittiham edilir.
Maysurzadə Barselonada saxlanılıb. İstintaqın məlumatına görə, o, kriminal qruplaşmaya rəhbərlik edib. Həmin qruplaşmanın planında Aralıq dənizi sahillərindəki bahalı evləri soymaq da olub.
Polislər istisna etmirlər ki, "Barcelona"nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakiranın evini də Maysurzadənin dəstəsi qarət edib.
Gürcüstan DİN-i Maysurzadənin saxlanılması xəbərini təsdiqləməyib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31