Putindən nazirlərə irad: "Çıxışınızı qısa edin"
10 Sentyabr 2018 15:35 DünyaRusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin iclası zamanı iştirakçılara qısa çıxış etməyi tövsiyə edib.
V.Putin nəqliyyat naziri Yevgeni Ditrixin 12 dəqiqəlik çıxışından sonra iclas iştirakçılarına belə uzun məruzələrlə çıxış etməməyi bildirib: "Xahiş edirəm ki, qısa danışın".
Prezident, həmçinin nazirlərdən indiyədək həyata keçirilə bilməyən işlərdən danışmağı xahiş edib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31