ABŞ-ın üç ştatında fövqəladə vəziyyət elan olunub

"Florens" qasırğası ABŞ-ın cənub-şərq sahillərinə doğru hərəkət edir.

Qasırğa gücünü artıraraq Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya çatıb.

ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzinin məlumatına görə, hazırda qasırğanın episentri Cənubi Antil adalarından 860 km şimal-şərqdə yerləşir. Küləyin sürəti saatda 165 km-ə çatır. "Florens"in ABŞ sahillərinə sentyabrın 13-də yaxınlaşacağı gözlənilir.

"Florens"in hərəkəti istiqamətində olan üç ştatda - Virciniya, Şimali və Cənubi Karolinada fövqəladə vəziyyət tətbiq edilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31