Gürcüstan və Ermənistan baş nazirləri arasında görüş keçirilib
10 Sentyabr 2018 14:32 DünyaErmənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze bu ölkənin baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Məlumata əsasən, baş nazirlər təkbətək görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Təkbətək görüşdən sonra danışıqlar hər iki ölkənin hökumət üzlərinin iştirakı ilə geniş tərkibli formatda davam etdirilib. Tərəflər Gürcüstan və Ermənistan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi potensialını, turizm və energetika sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31