"Minsk qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz" - Dövlət Dumasının Komitə rəhbəri
10 Sentyabr 2018 14:09 Dünya"Fəaliyyəti və əhəmiyyəti nə qədər şişirdilsə də Minsk qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz".
Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı deyib.
Onun sözlərinə görə, yalnız Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri bu problemi həll edə bilərlər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31