Gürcüstanın baş naziri Yerevanda səfərdədir

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Yerevanda səfərdədir.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək. Sonra tərəflər arasında nümayəndə heyətlərinin görüşü olacaq.

Mamuka Baxtadze Ermənistan prezidenti Armen Sarkisyan və parlament sədri Ara Babloyanla da görüşəcək. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31