Separatçı lideri öldürmək istəyən İŞİD-çi ələ keçdi

Rusiya Federal Təhlükəsizlik Xidməti Smolensk vilayətində İŞİD üzvünü ələ keçirib.

FTX-nın Mətbuat Xidməti ələ keçirilən şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət etdiyini bildirib. Onun məhz Kiyevin tapşırığına əsasən Donetsk separatçılarının Smolenskdə yaşayan liderlərindən birinə qarşı sui-qəsd hazırladığı vurğulanıb.

FTX ələ keçirilən şəxsin Maqomedom Məcid Həbibullayeviç olduğunu bildirib. Rusiya vətəndaşı olan bu şəxs 1988-ci ildə anadan olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31