11 sentyabr teraktları əvvəlcədən planlaşdırılmışdı
10 Sentyabr 2018 13:19 DünyaƏsas məqsəd Yaxın Şərqdə İşğalçılığa və bütün dünyada anti-İslam təbliğatına start vermək üçün bəhanə əldə etmək idi
2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları baş verdi. Aviahücumlarla həyata keçirilən dəhşətli teraktlardan sonra Ağ Ev rəsmiləri baş verənlər haqda məlumat yaydılar. Məlumatda bildirilirdi ki," Əl-Qaidə" terrorçuları qanunsuz yolla ABŞ-a daxil olublar və 4 sərnişin təyyarəsini qaçırıblar. Onlardan ikisi təyyarənin birini Ümumdünya ticarət mərkəzinə, digəri Pentaqon binasına yönəldib. Digəri isə qəribə manevrlər edərək Pensilvaniyada yerə çırpılıb. 2001-ci il sentyabrın 20-də prezident Buş ABŞ Konqresinin birgə sessiyasında 11 sentyabr günü baş verən hadisələr, 9 günlük xilasetmə və bərpa cəhdləri və 11 sentyabr terroruna qarşı cavab tədbirləri haqqında danışıb.
7 oktyabr tarixində ABŞ guya terrorçuları zərərsizləşdirmək üçün Əfqanıstana, 2003-cü ildə isə İraqa hücum etdi. Amma iddia edildiyi kimi , Səddam Hüseynin kimyəvi silahları tapılmadı.
İstintaq göstərdi ki, MKİ bu insanların terrorçu olduğunu əvvəldən bilib. Amma sərhəd xidmətini bu barədə məlumatlandırmayıb. 2009-cu ildə beynəlxalq istintaq qrupu , binanın dağıntılarının kimyəvi analizi nəticəsində termitdən, yəni yanan maddədən istifadə edildiyini bildirdi. Bu maddə poladı əridə bilir. Onun əriməsi üçün 1500 dərəcə istilik lazımdır. Amma normal şərtlərdə aviasiya yanacağı cəmi 1000 dərəcə istilik verə bilir. Bu tədqiqatlar nəticəsində qüllənin içəridən prtlayıcılar vasitəsilə dağıdıldığı məlum olub. Amma rəsmi hesabatlarda bu barədə məlumat olmayıb.
Sonra baş verənlər isə bir sıra şübhəli məqamları gündəmə gətirdi. Bəzi məxfi əməkdaşların və müstəqil tədqiqatçıların aradan götülməsi dünyanın diqqtini yenidən bu qurama məsələyə yönəltdi. 2015-ci ildə Londonda MKİ əməkdaşı Simon Kotsun, 2014-cü ilin 13 aprel tarixində amerikalı yazıçı Maykl Ruppertin, 2013-cü ildə isə agent Filipp Marşalın öldürülməsi hadisənin təxribat olduğu haqda şübhələri daha da gücləndirdi. Çünki qətlə yetirilən adamların əllərində olan sənədlər prezident Buşun əkiz qüllələr və Pentaqona edilən hücumla əlaqəli olduğu sübut ediləcəkdi. Öldürülənlərlə bərabər onlarda olan məxfi materiallar, qaralama və əlyazmalar da yoxa çıxmışdı.
Bu müəmmalı teraktların üzərindən illər ötdükcə həmin faciənin qəsdən törədildiyinə aid söhbətlər daha da genişlənir. Hamı 17 il sonra 11 sentyabr olayları üzərindən sirr pərdəsinin qalxmasını istəyir. Bu terror aktı, yoxsa xüsusi xidmət orqanlarının işi idi? Ekspertlər hesab edir ki, 11 sentyabr olayları şübhəsiz əvvəlcədən hazırlanmış təxribatdı və ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuşdu. Bu təxribat bir neçə məqsədi hədəfləmişdi. Yaxın Şərqdə vəziyyəti qarışdırıb uzunmüddətli müharibəyə nail olmaq və bütün dünyada müsəlmanları terrorçu kimi qələmə vermək başlıca hədəflər idi. Və təəssüf ki, həmin teraktlar nəticəsində hər iki məqsədə nail oldular. Terrorda ölən güahsız insanlar isə onları maraqlandırmırdı. Hücumdan sonra Corc Buş administarsiyası Üsamə Bin Laden və "Əl-Qaidə" təşkilatının "ədalətə"təslim olunmasi və digər terror şəbəkələrinin yaranmasının "qarşısını almaq" üçün terrorizmlə mübarizə elan etdi. Bu hadisələr ABŞ-ın guya beynəlxalq terrorçuluqla mübarizəyə qalxması, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması, Şərq ölkələrinin milli sərvətlərini ələ keçirmək, neftə sahiblənmək, o cümlədən, dünyada intensiv anti-islam təbliğatının aparılması üçün bəhanə əldə etmək üçün törədildi.