Paşinyan ABŞ laboratoriyalarını Moskvaya “satdı”
10 Sentyabr 2018 12:52 DünyaRusiyalı mütəxəssislər Ermənistan ərazisində yerləşən biomaterialları tədqiq edən ABŞ laboratoriyalarına giriş imkanı qazanıblar.
Bunu "Kommersant" qəzetinə müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Təxminən 10-15 gün əvvəl mənim şəxsi tapşırığım əsasında Rusiya mütəxəssisləri bu laboratoriyalara buraxılıblar. Onların bura girişlə bağlı problemləri olmayıb və mənim baş nazirliyim dönəmimdə də olmayacaq. Bu laboratoriyalar tam olaraq Ermənistan hakimiyyətinin nəzarətindədir", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31