Kreml razılıq verdi: İrəvana yeni silah tədarükü başlayır

Rusiya silahlarının tədarükünün davam etdirilməsiylə bağlı Prezident Vladimir Putinlə razılıq əldə etmişik.

Bunu "Kommersant" qəzetinə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, tədarük prosesi bundan sonra da hərbi kreditlərlə davam etdiriləcək.

O, digər tədarük imkanlarının da Moskva ilə müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, bundan öncə "Kommersant" qəzeti Rusiyanın Ermənistana verəcəyi üçüncü hərbi krediti ləğv etdiyi haqqında məlumat yaymışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31