Yəməndə "Əl-Qaidə" liderlərindən biri məhv edilib

Bazar günü Yəməndə endirilən hava zərbələri nəticəsində "Əl-Qaidə" terror qruplaşmasının rəhbərlərindən biri məhv edilib.

Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, terrorçu ölkənin cənubunda yerləşən Əbyan əyalətində zərərsizləşdirilib.

Kanalın məlumatına görə, hücum, ehtimal ki, Amerika pilotsuz uçan aparatı tərəfindən edilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31